"Narkomaniyaya "yox" deyək" mövzusunda dəyirmi masa

16.05.2025-ci il tarixində məktəbimizdə "Narkomaniyaya "yox" deyək" mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Ə.Bədəl, psixoloq F.Səbinə, VIII siniflərin şagirdləri, sinif rəhbərləri, müəllimləri iştirak etmişdirlər. Şagirdlərimiz mövzu ətrafında müzakirələr etmiş, maraqlı fikirlər səsləndirmiş, öz təkliflərini irəli sürmüşdürlər. Cəmiyyətimiz üçün sağlam vətəndaşların yetişməsində maarifləndirici tədbirlərin vacibliyini vurğulamışdılar.