ƏYLƏNCƏLİ VƏ ÖYRƏDİCİ ANLAR

5 May 2025 - ci il tarixdə məktəbin 3 B şagirdləri ilə birlikdə təbiət qoynunda daha bir maraqlı gün keçirdik. Məktəbin ibtidai sinif müəllimi Leyla Musayeva Məmmədlinin təşəbbüsü ilə təşkil olunan "Park gəzintisi", uşaqların həm fiziki, həm də sosial bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyırdı.

Parkda keçirilən bu gün ərzində uşaqlar Müxtəlif oyuncaqlarda oynadılar (salıncaq, yelləncək, sürüşkən və s.), bir-birləri ilə söhbətlər etdilər, yeni dostluqlar qurdular,açıq havada sərbəst şəkildə hərəkət edərək enerjilərini müsbət yöndə istifadə etdilər.Gəzinti uşaqlara yalnız əyləncə deyil, həm də nizam-intizam, paylaşma, növbə gözləmə və dostcanlı davranış kimi dəyərləri təcrübə ilə öyrənmək fürsəti verdi. Parkın sakit və təmiz havası, uşaq oyun meydançaları onların ruh halına müsbət təsir göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi