Cəmşid Naxçıvanski adına hərbi liseylə tanışlıq

Bakı Şəhəri Elm və Təhsil İdarəsinin dəstəyi ilə məktəbin VIII sinif şagirdləri və hərbi rəhbər Sahib Bağırovun rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə oldular. Şagirdlərimiz liseyin fəaliyyəti, tədris prosesi və burada formalaşan hərbi intizam haqqında ətraflı məlumat alaraq, gələcək planları üçün dəyərli təcrübə qazandılar.
Bu səfər şagirdlərimizə yalnızca hərbi təhsil müəssisəsinin fəaliyyəti ilə tanış olmaq imkanı yaratmadı, eyni zamanda onların gələcəkdə bu şərəfli peşəni seçmək motivasiyasını daha da gücləndirdi.