Nağıllar aləminə səyahət

25.04.2025 - ci il tarixdə məktəbin birinci və ikinci sinif şagirdləri ilə “ Nağıllar aləminə səyahət” adlı tədbir keçirildi. Balacalar oxuduqları sevimli nağıl obrazlarını canlandıraraq bir-birindən maraqlı səhnələr nümayış etdirdilər. Balaca “aktyor” lar jest və mimikalardan istifadə edərək siniflər üzrə hərə bir nağılı səhnələşdirdi. Həyacan dolu, gülüş və sevincli çıxışlar dinləyicilər tərəfindən alqışlarla qarşılandı.
Tədbirin sonunda məktəbin direktoru Günel xanım İbrahimova və ibtidai siniflər üzrə metodbirləşmə sədri Əminə Vəliyeva uşaqları təbrik edərək onlara xoş arzularını çatdırdılar.