Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

22.04.2025 - ci il tarixdə 2 A sinif şagirdləri ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı məktəb kitabxanasında Abdulla Şaiq yaradıcılığına həsr olunmuş tədbir keçirildi.
Əminə Vəliyeva şairin yaradıcılığı haqqında məlumat verdikdən sonra uşaqlar sevə -sevə öyrəndikləri şeirləri səsləndirdilər və “ Çalışan qazanar” hekayəsini səhnələşdirdilər. Uşaqlar şairin “Arı”, “Kəpənək”, “” Torağay” ,”Qızılgül”, “Qərənfil” , “ Zanbaq”, “Təmizlik”, “ Dovşan”, “Keçi”, “ Xoruz”, “ Tonqal”, “ Ağıllı oğlum” şeirlərini söylədilər. Sonda şairin “ Bənövşə” şeirinə bəstələnmiş mahnını ifa etdilər. Bir-birindən maraqlı çıxışlar müəllimlər tərəfindən alqışlarla qarşılandı. Tədbirin sonunda kitabxanaçı H.Nargilə xanım şagirdlərə uşaq ədəbiyyatına göstərdikləri sevgiyə və gözəl çıxışlarına görə təşəkkür etdi.