“Bilik yarışı”

İbtidai siniflərin fənn aylığının planına əsasən 3-cü siniflər arasında “Bilik yarışı” keçirildi.
Yarış Azərbaycan dili, Riyaziyyat və Həyat bilgisi fənləri üzrə metodbirləşmə sədri Ə.Vəliyevanın hazırladığı tapşırıqlar əsasında təşkil edildi. Həyacan və sevinc hissi ilə davam edən yarışda
I yerə III "B" ; II yerə III "G" və
III yerə III "A" sinifləri layiq görüldülər.
Yarışın sonunda komandalar məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı və xatirə şəkilləri çəkildi.