"Narkotiklərə yox deyək"

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 04.03.2025 - ci il tarixli 3-29-59/3-2-107F/2025 nömrəli əmri ilə əlaqədar "Sağlam nəsil - parlaq gələcək" layihəsi ilə bağlı məktəbimizdə məktəbin təşkilatçı müavini Ə.Bədəl , psixoloq F.Səbinə və UBTR - i Ə.Könülün təşkilatçılığı ilə "Narkotiklərə yox deyək" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə yuxarı sinif şagirdləri iştirak edirdi. Tədbirdə mövzu ilə bağlı qısa metrajlı film, şagirdlərin hazırladıqları səhnəciklər, divar qəzetləri, çəkdikləri şəkillər nümayiş olundu və şagirdlərin çıxışları dinlənildi. Sonda təşkilatçı Ə.Bədəl və psixoloq F.Səbinə çıxış edərək narkomaniyanın yayılması ilə mübarizə üsullarından ətraflı məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi