ELAN !

Bakı şəhəri Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin direktoru Günel İbrahimova tərəfindən vətəndaş qəbulu elan edilir.
Qəbulun məqsədi təhsil sahəsində fəaliyyət göstərən elektron sistemlər (UTİS, şagird qəbulu, şagird yerdəyişməsi, Şagird-Məzun sistemi, Rəqəmsal Platforma, Elektron jurnal və s.) üzrə maarifləndirmə işinin təşkili və vətəndaş müraciətlərinə operativ cavab verilməsidir.
Qəbul günü: Hər həftənin üçüncü günü
Qəbul edən şəxs: Məktəbin direktoru Günel İbrahimova
Ünvan: 75 nömrəli tam orta məktəb, Bakı şəhəri Zabrat qəsəbəsi Kərim Kərimov küçəsi 1
Əlaqə nömrələri:
Şəhər telefonu: 012 550 24 05
Mobil: 055 835 98 35
Elektron poçt:[email protected]
Qəbul zamanı aşağıdakı suallar üzrə vətəndaşların məlumatlandırılması təmin ediləcək:
I sinfə hansı yaş uşaqlar qəbul edilir?
I sinfə şagird qəbulu hansı formada aparılır?
Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən təyin edilir?
Dislokasiya nədir, nə üçün tətbiq edilir və hansı məktəblərə tətbiq edilir?
Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir?
Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
Məktəbəhazırlıq qruplarına qəbul hansı formada həyata keçirilir?
Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər müəssisədə təlim-tərbiyəyə cəlb edilə bilərmi?
I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir?
Hansı halda şagird buraxılış imtahanlarında iştirak edə bilmir?
Eksternat qaydada imtahanlarda kimlər iştirak edə bilər?
Eksternat qaydada imtahanlarda iştirak etmək istəyən vətəndaş nə vaxt və hara müraciət etməlidir?
X sinfə şagird qəbulu hansı formada aparılır?
Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir?
Qeyd: Maarifləndirmə və məlumatlandırma məqsədilə təşkil olunan bu qəbulda bütün valideynlər və maraqlı vətəndaşlar iştirak edə bilər.