Bayram konserti

Bu gün məktəbimizdə çərşənbələrin sonuncusu İlaxır-torpaq çərşənbəsi və Novruz bayramı münasibətilə şənlik keçirildi.

Tədbiri məktəbin direktoru İbrahimova Günel müəllim açıq elan etdi. O məktəb kollektivini,şagird və müəllimləri bayram münasibətilə təbrik etdi.

Novruz şənliyində istedadli şagirdlərin rəqsləri, oxuduqları mahnılar, musiqi alətlərində ifaları, göstərdikləri səhnəciklər və milli idman növlərindən nümunələrlə çıxış edərək şənliyə rəng qatdılar. Kosa keçəlin məzəli oyunları, Bahar qizinin at belində daxil olması, tonqalı alovlandırması şənliyi daha maraqlı etdi.

Şagirdlər və müəllimlər tonqalın ətrafında yallı gedib rəqs etdilər.

Tədbirdən öncə məktəbdə Novruz adət ənənələrinə uygun olaraq təmizlik işləri görüldü, məktəbin həyətində ağacların dibi bellenmiş ağaclar əhənglənmişdir.

Bu Baharın gəlişi evinizdən , elimizdən ruzi bərəkəti əksik etməsin Novruz Bayramınız mübarək olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi