"Şən Startlar"

Elm və təhsil nazirinin 28.02.2025-ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmri ilə 4-10 mart 2025-ci il tarixlərində ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.
10 mart 2025 - ci il tarixdə İdman həftəsi çərçivəsində məktəbin IV cü sinif şagirdləri arasında "Şən Startlar" estafet yarışı keçirilmişdir.
Həyəcanlı şən və gərgin keçən yarışın sonunda 1,2,3 yeri tutmuş iştirakçılarla yanaşı həvəsləndirici 4 və 5 ci yeri tutan iştirakçılarda direktor
Günel İbrahimova tərəfindən diplom və medallarla təltif edilmişdilər. 7 mart 2025 - ci il tarixdə İdman həftəsi çərçivəsində oğlanlar arasında keçirilmiş "Qol Güləşi" yarışında qalib olmuş iştirakçıları medal və diplomlarla təltif edildilər.
Sonda xatirə şəkli çəkdirildi.