İdman sağlam həyatın ayrılmaz hissəsidir.

Elm və təhsil nazirinin 28.02.2025-ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmri ilə 4-10 mart 2025-ci il tarixlərində ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.

Mütəmadi olaraq idmanla məşğul olmaq bədənimizin sağlamlığını qorumağa, fiziki və zehni gücümüzü artırmağa kömək edir.

Səhər gimnastikası isə günə enerjili və pozitiv başlamaq üçün ən yaxşı üsullardan biridir.

Bu məqsədlə 6 mart 2025 - ci il tarixdə məktəbin fiziki tərbiyə müəllimləri Səmədov Orxan və Şahbazova Ayselin rəhbərliyi ilə şagirdlər səhər gimnastikası ilə günə başladı. Bu cür fəaliyyətlər həm bədənin oyanmasına, həm də dərslərdə daha diqqətli və aktiv olmağa şərait yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi