"İdman həftəsi" layihəsi davam edir.

Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır.

Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 4- 10 mart 2025 -ci il tarixində ümumtəhsil müəssisələrində idman həftəsi keçirilir.

Bu məqsədlə 6 mart 2025 -ci il tarixdə məktəbin psixoloqu Fərzəliyeva Səbinə, idman müəllimi Şahbazova Aysel yuxarı sinif şagirdləri ilə maarifləndirici söhbətlər apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi