Məktəbdaxili futbol turnirinin açlış mərasimi

5 Mart 2025 - ci il tarixdə məktəbin akt zalında Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş məktəbdaxili futbol turnirinin açlış mərasimi keçirilmişdir. Tədbirdə fiziki tərbiyə müəllimləri Səmədov Orxan, Ələkbərov Ceyhun, təşkilatçı müavin Əmənov Bədəl və tarix müəllimi Hüseynov Asif çıxış edərək şagirdlərə futbol haqqında, davamlı dərslərdə fəal iştirak etmələri barədə geniş məlumat verdilər. Sonda yarışda iştirak edən şagirdlərə uğurlar arzulandı.