FƏXRİMİZ

Bakı şəhəri Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səmədov Orxan Rüstəm oğlu Azərbaycan Futbol Federasiyası Assosiasiyasının Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın dəstəyi, AFFA-nın təşkilatçılığı ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində D kateqoriyalı həm nəzəri həm praktiki məşqçi müəllim kurslarını uğurla keçərək "D" kateqoriyalı məşqçi lisenziyasına yiyələnmişdir.
AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə, Dəyanət Əliyev və Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən iştirakçılarla “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, "Məşqin təşkili", “Məşqçi davranışlarına” dair müxtəlif prizmalardan geniş müzakirələr aparılmışdır.
Sizi kollektiv adından təbrik edirik uğurlarınızın bol olmasını diləyirik.