26 fevral - Xocalı Soyqırımı Günüdür.

Tariximizin səhifələrinə qanla yazılan Xocalı soyqırımından 33 il ötür , bununla bağlı bu gün məktəbin akt zalında "Xocalı Qan Yaddaşımız" adlı tədbir keçirildi. Tədbirdə tarix müəllimi Abdullayeva Eldanə çıxış edərək Xocalı faciəsininin tarixi haqqında geniş məlumat verdi. Şagirdlərin hazırladıqları səhnəciklər və video çarxlar nümayiş olundu. Sonda məktəbin direktoru Günel İbrahimova çıxış edərək Xocalı faciəsi haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü .
Bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətin qurbanı olan soydaşlarımızın xatirəsini hörmət və ehtiramla anırıq!
613 nəfər həlak olub;
1275 nəfər girov götürülüb;
150 nəfərin taleyi indiyədək məlum deyil;
487 nəfər yaralanıb;
8 ailə tamamilə məhv edilib;
25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.