Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub.
19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. O, səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizir bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
07 fevral 2025 - ci il tarixdə məktəbin 1 A; 4 B və
4 C siniflərində Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş dərs təşkil edilib. Şagirdlərin topladıqları məlumatlar, şəkilli materiallar əsasında Şəhidimizin xatirəsini yad etmək üçün divar qəzetləri hazırlanıb.
Allah rəhmət eləsin.