20 Yanvar Faciəsi İlə Bağlı Tədbir
17 Yanvar 2025 - ci il tarixdə məktəbin 5, 8, 10 - cu sinif şagirdləri və UBTR-i Əhmədova Könülün təşkilatçılığı ilə 20 yanvar faciəsinin 35 - ci il dönümü münasibətilə tədbir təşkil olunub. İlk öncə şəhidlərin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş səhnəciklər,şeirlər və mahnı söylədilər.
Sonda məktəbin tarix müəllimi Abdullayeva Eldanə və təşkilatçı müavin Əmənov Bədəl müəllim çıxış edərək 20 yanvar faciəsinin tarixi haqqında geniş məlumat verərək tədbiri yekunlaşdırdılar.