BİLİK YARIŞI KEÇİRİLDİ
17.12.2024 - cü il tarixdə məktəbin təşkilatçı müavini Ə. Bədəl və UBTR - i Ə.Könül müəllimin təşkilatçılığı ilə məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq məktəbin VIII sinif şagirdləri arasında 4 komandanın iştirakı ilə
" Kim? , Nə?,Harada?" formatlı intellektual bilik yarışı keçirildi. Şagirdlər suallara komanda şəklində cavab verdilər.Qalib komanda məktəb rəhbərliyi tərəfindən diplom və təşəkkürnamə ilə təltif edildi. İntellektual bilik yarışının keçirilməsində məqsəd :
Tədrisin keyfiyyətinin yaxşılaşdırılması
Şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması
Əməkdaşlıq bacarıqlarının formalaşdırılması
Şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması
Yeni biliklər qazandırmaqdır.