"Narkomaniyaya yox deyək" adlı tədbir
30.10.24 il tarixində məktəbdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvlərinin təşkil etdiyi "Narkomaniyaya yox deyək" adlı tədbir keçirildi.Məqsəd şagirdləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, narkotik vasitələr, psixotrop maddələrin qanunsuz dövriyyəsi və istifadəsinin qadağan olunması, onların ziyanları, insan orqanizminə törətdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi fəsadlar haqqında maarifləndirmək, sağlam həyat tərzini formalaşdırmaqdır.Tədbirdə məktəbin direktoru, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı direktor müavini, psixoloq iştirak etdi.