"Şanlı Zəfərin Mübarək Azərbaycan"
Azərbaycan Respublikası Təhsil Nazirinin 07.09.2021-ci il tarixli , F-429 nömrəli əmrinə əsasən 27 sentyabr - Anım Günü və 8 noyabr- Zəfər Günü ilə bağlı Tədbirlər Planına uyğun olaraq məktəbimizdə 3 "C" sinifinin rəhbəri Heydərova Xatirə müəllim təşkilatçılığı ilə "Şanlı Zəfərin Mübarək Azərbaycan" adlı bayram tedbiri keçirilmişdir. Zəfər bayramına həsr edilmiş tədbir Dövlət himni ilə açıldı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin şeirləri və maraqlı çıxışları tədbirə xüsusi rəng qatdı.
Zəfər bayramınız mübarək!