Qazi Hüseynzadə İsmayılla görüş təşkil olundu

22.10.2024 - cü il tarixdə məktəbin kimya müəllimi Hüseynova Zərifə xanımın təşkilatçılığı ilə məktəbin akt zalında "Zəfər Günü" ilə bağlı Tədbirlər Planına əsasən Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Qazi Hüseynzadə İsmayılla görüş təşkil olundu. Tədbir Azərbaycan Respublikasının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər.Görüş zamanı şagirdlər qəhrəmana Vətən müharibəsi ilə bağlı suallar ünvanladılar, maraqlı söhbətlər apardılar. Qazi ilə görüş məktəb şagirdlərinin sevincinə səbəb oldu. Videoçarxlar nümayiş etdirildi. Məqsədimiz Vətən uğrunda can fəda edənləri unutmamaq və unutdurmamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi