18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür!

18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür!

Oktyabrın 18-i Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış bir gündür.

Müstəqilliyimiz daim olsun!

Məktəbin fəaliyyət planına əsasən, məktəbin akt zalında 10 A və 10 B sinif şagirdləri Tarix müəllimi Hüseynov Asifin təşkilatçılığı ilə 18 oktyabr "Azərbaycan Dövlət müstəqilliyinin bərpası gününə" həsr olunmuş dəyirmi masa keçirdi. Məqsəd Vətənə, torpağa məhəbbət hissini aşılamaq, vətənpərvərlik tərbiyəsini gücləndirmək, estetik zövqü formalaşdırmaqdır. İlk öncə Azərbaycan Dövlət himni səsləndirildi, sonra Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəb rəhbərliyi iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi