"Dil açır elementlər"

Oktyabr ayının "Məktəblərdə ekologiya ayı" elan edilməsi ilə əlaqədar tədbirlər planına əsasən məktəbimizin kimya müəllimi Hüseynova Zərifə xanım və kimya laborantı Ələkbərova Səlimənin
"Dil açır elementlər" adlı dərsi baş tutdu. Məktəbin
7 - ci sinif şagirdləri arasında keçirilən dərs böyük marağa səbəb oldu. Tədbirdə məktəbin Kitabxana müdiri ve Uşaq Birliyi Təşkilat Rəhbəri də iştirak etdilər.
Şagirdlər Zərifə müəllimə ilə birlikdə bir neçə təcrübələr apardılar.