BİLİK GÜNÜ

Sentyabrın 16-da Sabunçu rayonu Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbdə də 2024/2025-ci dərs ilinin ilk dərsləri başlandı. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Günel İbrahimova çıxış edərək, yeni dərs ilinin başlanması ilə əlaqədar müəllim və şagird kollektivinə uğurlar arzuladı. Daha sonra məktəbə ilk addım atan birincilər və məktəb şagirdlərinin ifasında vətənpərvərlik, həmçinin məktəblə bağlı şeirlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi