"SON ZƏNG" TƏDBİRİ
14.06.2024 - cü il tarixdə Sabunçu rayonu Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbde
"Son Zəng" tədbiri keçirildi.
Tədbir Azərbaycan Dövlət Himni ilə açıq elan olundu. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə məzunlarımızı təbrik etmək üçün məktəb rəhbərliyinə, ilk müəlliminə çıxış üçün söz verildi. Daha sonra tədbirin bədii hissəsi nümayiş etdirildi.Eləcə də, 11-ləri təbrik etmək üçün tədbirdə 1 - ci sinif şagirdlərimiz də maraqlı proqramlarla çıxış etdilər.
Məzunlarımıza gələcək həyatlarında uğurlar arzu edirik.
Son zəng - müstəqil həyatın ilk zəngindir!