"Təbiət onu sevənlərindir"
“Yaşıl Dünya naminə həmrəylik ili” və “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində məktəbin tədbirlər planına əsasən 10 iyun 2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Əminə Vəliyeva və 1 "A" sinif şagirdləri ilə birgə "Təbiət onu sevənlərindir" adlı tədbir təşkil etmişdir. Tədbirdə təbiətə aid müxtəlif səhnəciklər, şeirlər və videoçarxlar səsləndirildi. Bununla yanaşı şagirdlərin çəkdiyi rəsmlər və hazırladıqları əl işləri nümayiş olunub. Sonda məktəbin direktoru Günel İbrahimova çıxış edərək şagirlərə öz təşəkkürünü bildirib. Hər bir şagird ilin sonu ilə bağlı I sinfi müvəffəqiyyətlə başa vurduqları üçün "Təltifnamə" ilə təltif olundular.