Respublika Dövlət Kənd Təsərrüfatı və Zoologiya Muzeylərinə Ekskursiya

07.06.2024- cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Vəliyeva Əminə xanımın təşkilatçılığı ilə

1 "A" sinif şagirdləri Respublika Kənd Təsərrüfatı və Zoologiya Muzeylərinə ekskursiya etmişlər.

Azərbaycan hökumətinin qərarı ilə Xalq Torpaq Komissarlığının təşəbbüsükarlığı ilə yaranmışdır.

İlk olaraq, " Kənd Təsərrüfatı və Sənaye İstehsalat" satiş sərgisi kimi fəaliyyət göstərmişdir.Sonralar burada nümayiş olunan eksponatlar zənginliyinə görə böyük marağa səbəb olduğundan muzey kimi fəaliyyət göstərməyə başlayıb. 1924 - cü il tarixdən fəaliyyətini muzey olaraq davam etdirib.

Muzey Azərbaycanda kənd təsərrüfatının tarixini və bu gününü əks etdirən eksponatlarla zəngindir.

Eyni zamanda da canlılar aləmi haqqında həm

yeni - yeni biliklər əldə etdilər, həm də müşahidəetmə qabiliyyətini inkişaf etdirmiş oldular.

Ekskursiyanın məqsədi şagirdlərin Azərbaycanın tarixi abidələri və canlılar aləmi haqqında məlumatlu olmaları və dünyagörüşünün artırılması məqsədilə təşkil edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi