"Hidrogen , Oksigen, Suyun təbiətdə rolu" adlı tədbir.
"Yaşıl dünya naminə həmrəylik ili ilə bağlı məktəbdə silsilə tədbirlər keçirilir. 05.06.2024 - cü il tarixdə Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin kimya müəllimi Hüseynova Zərifə, laborantı Ələkbərova Səlimə xanım və gənc kimyaçı şagirdlərin iştirakı ilə açıq havada "Hidrogen , Oksigen, Suyun təbiətdə rolu" adlı tədbir keçirildi.
Tədbir iştirakçıların marağına səbəb oldu. Kimya elminin müasir dövrdə mahiyyətindən, xalq təsərrüfatındakı rolundan danışıldı. Şagirdlər kimyanın möcüzələrini əks etdirən səhnəciklər nümayiş etdirdilər. Gənc kimyaçıların təqdim etdikləri təcrübələr hamı tərəfindən maraqla qarşılandı. Tədbirin aparıcıları kimyanın sirlərindən danışaraq tədbirə xoş ovqat qatdılar.