"Suda boğulma zamanı ilk yardım necə edilməli" mövzusunda maarifləndirici dərs

03.06.2024 - cü il tarixdə VIII sinif şagirdləri üçün "Suda boğulma zamanı ilk yardım necə edilməli" mövzusunda maarifləndirici dərs keçirildi.

Nazirlər Kabinetinin 22 oktyabr 1998-ci il tarixli 216 nömrəli "Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi" barədə qərarı su hövzələrində istirahət və istifadə qaydalarının hüquqi bazasını təşkil edir. Su hövzələrində, çimərliklərdə vətəndaşların təhlükəsizliyi üçün nəzərdə tutulan qaydalar və qadağalar bu qanunda öz əksini tapmışdır.

Qanunvericiliyin tələblərinə görə çimərlikdə aşağıda göstərilən hallar qadağan edilir.

- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

- Küləkli havada dənizə girmək;

- Çimərlikdə gecələmək;

- Fırtınanın yaxınlaşması, küləyin 5 bala qədər, dalğalanmanın isə 3 bala artması xəbərdarlığından sonra çimərlikdə qalmaq;

- Spirtli içki qəbul edib dənizə girmək;

- Suda kobud hərəkətlər etmək;

- Çimərlik ərazisini məişət və digər tullantılarla zibilləmək;

- Çimərlikdə balıq tutmaq;

- Çimərlik ərazisinə kiçikhəcmli gəmilərlə daxil olmaq;

- Körpü, sal, bərə, kater, qayıq və digər qurğu və vasitələrdən suya tullanmaq;

- Texniki qurğuların, xəbərdarlıq nişanlarının, üzgəc və buyların üstünə çıxmaq;

Yadda saxlamaq lazımdır ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli və nəzarətsiz qoyulmamalıdır. Xilasedicilərin cağırış və tələblərinə əməl edilməli, günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmamalı və xəbərdaredici lövhələrin tələblərinə əməl olunmalıdır.Çimərliklərdə istirahət saat 9.00-dan 20.00-dək daha təhlükəsizdir.

Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi