XAVƏR VƏLİYEV ADINA 75 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ 63 UŞAQ MƏKTƏBƏHAZIRLIQ QRUPLARINI BAŞA VURUR

31.05.2024 - cü il tarixdə 5 yaşlı uşaqlar məktəbəqədər təhsil səviyyəsini bitirdilər.

Məktəbəqədər hazırlıqlar 5 yaşlı uşaqların intellektual, fiziki, psixoloji və sosial-emosional inkişafının əldə edilməsində, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılmasında, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin və həyatı bacarıqların formalaşmasında mühüm rol oynayır.

Məktəbin ibtidai sinif müəllimləri Nəbiyeva Əsmər, Mövsümova Təranə və Əliyeva Fəridə xanım, balaca balalarımızla gözəl tədbir təşkil etdilər. Şagirdlərimiz şeirlər söylədi, mahnılar ifa etdilər sonda isə məktəb rəhbərliyi tərəfindən sertifikat və hədiyyələr təqdim olundu.

Növbəti tədris ilində balaca balalarımıza uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi