“ Müasir metodik xidmətin təşkili”
“ Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində 75 nömrəli tam orta məktəbin ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili müəllimləri üçün 24 akademik saatlıq təşkil olunmuş “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” təlimini uğurla başa vurduq. Müəllimlər təlim müddətində təcrübələrinə əsaslanaraq fəal iştirak etmiş, sınaqdan keçirtdikləri üsul və vasitələri bölüşmüşlər.