"Atəşgah məbədi" Dövlət Tarix- Memarlıq qoruğuna ekskursiya.
"Atəşgah məbədi" Dövlət Tarix- Memarlıq qoruğuna ekskursiya.
21.05.2024-cü il tarixdə Məktəbin 1 "A" sinif şagirdləri və sinif rəhbərləri Vəliyeva Əminə xanımın iştirakı ilə Azərbaycanın XVII–XVIII əsrlərə aid tarixi abidəsi olan "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olundu. Bələdçlər şagirdlərə məbədin tarixi haqqında ətraflı məlumat verdilər, Qoruğun ərazisində yerləşən eksponatlarla tanış etdilər. Ekskursiya şagirdlərin böyük marağına səbəb oldu. Mütəmadi olaraq diyarşünaslıq ekskursiyalarının təşkili şagirdlərə doğma torpağımız və onun tarixi keçmişini praktik olaraq öyrətmək, mənimsətmək baxımından böyük əhəmiyyətə malikdir.