Psixoloq şagirdlərlə imtahan stressi, onun səbəbləri və psixofizioloji əlamətləri haqqında maarifləndirici söhbətlər apardı

18.05.2024 və 19.05.2024 - cü il tarixlərində 4-cü və 6-cı siniflərdə keçiriləcək monitorinqlə əlaqədar olaraq məktəbin psixoloqu Fərzəliyeva Səbinə 17 may 2024 tarixində həmin siniflərdə ilə psixoprofilaktik və psixokorreksion iş apardı.
Şagirdlərlə görüşün məqsədi monitorinq zamanı şagirdlərdə imtahan, həyəcanını aradan qaldırmaq idi.
Psixoloq şagirdlərlə imtahan stressi, onun səbəbləri və psixofizioloji əlamətləri haqqında maarifləndirici söhbət apardı, həmçinin onlara stress və həyəcanı idarə etmək üçün nəfəs texnikası tətbiq etdi, müxtəlif tövsiyələr verdi.