III siniflər arasında ana dili, riyaziyyat və xarici dil fənləri üzrə biliklərini ölçmək məqsədi ilə monitorinq keçirildi.

15.05.2024 - cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişinə müvafiq olaraq Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin III sinifləri arasında ana dili, riyaziyyat və xarici dil fənləri üzrə biliklərini ölçmək məqsədi ilə monitorinq keçirildi. Monitorinq sualları şagirdlərə Azərbaycan bölməsi üzrə 2 variantda təqdim edildi. Monitorinq təlimata uyğun olaraq 90 dəqiqə davam etdi. Aparılan monitorinqin məqsədi III sinif şagirdlərinin fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərməkdir.