Sağlam qida sağlam gələcəyin təməlidir.

Məktəbin ibtidai sinif müəllimi Əliyeva Fəridənin təşkilatçılığı ilə 4 "A" sinfində “Sağlam qidalanma” haqqında maarifləndirici dərs keçirildi.Tədbirdə şagirdlərə sağlam qidalanmanın vacibliyi və əhəmiyyəti çatdırıldı. Hazır qidaların və konservantların insan orqanizmi üçün ziyanı və təhlükəsi barədə məlumat verildi. Meyvə tərəvəz və ağartı məhsullarının insan orqanizmi üçün faydaları və tərkibində olan vitaminlər barədə məlumat verildi.

Şagirdlər meyvələrdən salat hazırladılar. Sonda isə sinfin çalışqan şagirdlərindən olan Muxtarova Mədinənin çəkdiyi şəkillər sərgiləndi. Məqsəd şagirdlər arasında düzgün qida mədəniyyəti, sağlam qida məhsullarının seçimi ilə bağlı maarifləndirmə, sağlam həyat tərzinin artırılması oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi