Ümummili lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir

10.05.2024 - cü il tarixdə Sabunçu rayon Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin akt zalında Ümummili lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ibtidai sinif şagirdləri, müəllimləri və valideynləri iştirak etdilər.Tədbirdə Ümummili liderin ömür yolunu əks etdirən şeirlər səsləndirildi. Aforizmləri söyləndi. Milli ruhda mahnılar oxundu və rəqslər ifa edildi.

Ümummilli liderimiz Heydər Əliyevin məktəblərə, təhsilə və məktəblilərə olan diqqətindən, həyata keçən inkişafa yönəlik siyasətindən danışdı. Belə tədbirlərin gələcək nəslin vətənpərvər ruhda tərbiyə olunmasında müstəsna əhəmiyyəti olduğunu bildirdi.Sonda isə "Heydər Əliyevin 101 illik" xatirəsinə həsr olunmuş dama yarışında iştirak etmiş VII , IX sinif şagirdlərimiz

diplomla təltif olundu.Məktəbin direktoru İbrahimova Günel xanım çıxış edərək tədbirə görə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi