“Gələcəyini Qur!”

“Gələcəyini Qur!” MMC tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olmuş və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yönləndirilmiş məktuba əsasən, ailə vəziyyəti çətin olub təhsil alma həvəsi və potensialı olan gəncləri ali təhsilə yiyələnməkdə dəstəkləmək, onları cəmiyyətin tamhüquqlu, məsul, bilikli və bacarıqlı vətəndaşları olaraq inkişaf etməsinə kömək göstərilməsi üçün “Gələcəyini Qur!” layihəsini həyata keçirir.
10.05.2024 - cü il tarixdə məktəbin 10 "A" və 10 "B" sinif şagirdləri ilə görüş keçirildi. Şagirdlərə maarifləndirici söhbətlər aparıldı və onların sualları cavablandırıldı.