Bakı Zooloji Parkına ekskursiya.

Məktəbin Hərbi müəllimi Bağırov Sahibin rəhbərliyi ilə VII sinif şagirdləri Bakı Zooloji Parkına ekskursiya etdilər. Parkdakı heyvanlar haqqında ətraflı məlumat əldə etdilər. Bakı Zooloji Parkı dünyəvi meyarlara uyğun yaradılıb. Çox geniş əraziyə malik olan parkda təbii mühitin qorunmasına xüsusi diqqət yetirilir. Nadir heyvanların qorunması, qidalanması, saxlanılması hər növün öz ehtiyacları nəzərə alınmaqla hazırlanıb.

Ekskursiyanın təşkilində əsas məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaq oldu.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi