"MƏHƏMMƏD FÜZULİNİN YARADICILIQ GECƏSİ "

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəmcamın icrasına uyğun olaraq məktəbimizdə  "Məhəmməd Füzulinin yaradıcılıq gecəsi"  keçirilmişdir. Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimləri tərəfindən təşkil olunmuş tədbirdə məktəbin direktoru Günel İbrahimova, Kənd Kitabxanasının müdiri Vəsilə xanım və  Azərbaycan dili və ədəbiyyatı müəllimləri Əntiqə Şərifova, Samirə Cahangirova, Sevda Abbasquliyeva, Sara Əliyeva, Türkan Mərdanlı və 7, 8, 9 ,10-cu sinif şagirdləri iştirak etmişlər. Şairin həyat və yaradıcılığı videoçarx vasitəsilə nümayiş etdirilmiş, müxtəlif səhnəciklər, qəzəllər, qitələr, "Füzuli kantatası" şagirdlərin ifasında təqdim olunmuşdur. Tədbirin sonunda məktəbin direktoru Günel İbrahimova Məhəmməd Füzulinin yaradıcılığı haqqında dəyərli fikirlərini səsləndirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi