"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə" həsr olunmuş "Sözün sehri" adlı dəyirmi masa

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəncamın icrasına uyğun olaraq "Sözün sehri" adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masa məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Əntiqə Şərifova, Samirə Cahangirova, Sevda Abbasquliyeva, Sara Əliyeva tərəfindən təşkil olunmuşdur. Müzakirədə 8,9 və 10-cu sinif şagirdləri iştirak etmişlər. Dəyirmi masada şairin həyat və yaradıcılığı videoçarx vasitəsilə nümayiş etdirilmiş, Azərbaycan ədəbiyyatı tarixində zəngin ədəbi-bədii irsi barədə müxtəlif fikirlər söylənilmiş, xüsusilə yuxarı sinif şagirdləri şairin nəsr əsərlərini dərindən araşdırmış və fikirlərini digər müəllim və şagirdlərlə bölüşmüşlər. Məktəbin direktoru Günel İbrahimova da dəyirmi masada dəyərli fikirləri ilə diqqəti cəlb etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi