"Yaşıl dünya naminə həmrəylik ili"
Azərbaycan Respublikasında 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 15.03.2024-cü il tarixli, 3 - 29/3-145 F/2024 nömrəli əmrinə uyğun olaraq məktəbimizdə 17.04.2024 -cü il tarixdə 5,6,7 və 8-ci sinif şagirdləri ilə yaşıllaşdırma aksiyası keçirildi. Yaşıllaşdırma aksiyasında müxtəlif növ ağaclar, gül kolları əkildi. Yaşıllaşdırma aksiyasının keçirilməsində məqsəd şagirdlərdə məktəbin həyətyanı sahəsini təmiz saxlamaq, yaşıllıqları qorumaq, ətraf mühiti sağlamlaşdırmaq, mühafizə etmək kimi nəcib, saf xüsusiyyətləri aşılamaqdır.