31 Mart - Azərbaycanlıların soyqırımı

29 mart 2024 - cü il tarixdə məktəbimizdə 31 Mart - Azərbaycanlıların soyqırımı ilə bağlı yuxarı sinif şagirdləri ilə seminar keçirildi. Tədbir Şəhidlərimizin ruhlarının bir dəqiqəlik sukutu ilə başladı. Seminarda tədbirin təşkilatçısı tarix müəllimi Hüseynov Asif Vasib oğlu, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı müavin  Əmənov Bədəl Camaşirin oğlu , kitabxana müdiri Hüseynova Nargilə Qüdrət qızı soyqırım cinayətləri ilə bağlı şagirdlərə geniş məlumat verdilər. Tədbirdə şagirdlərin hazırladıqları çıxışları dinlənildi. Seminarın məqsədi şagirdlərdə vətənə məhəbbət, vətənpərvərlik hisslərini aşılamaq və gələcək nəsillərə ötürmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi