NOVRUZ BAYRAMINA HƏSR OLUNMUŞ KONSERT PROQRAMI

19.03.2024-cü il tarixdə Tədbirlər planına əsasən məktəbimizdə Novruz bayramı münasibətilə ümumməktəb tədbiri keçirildi. Tədbir Dövlət Himnimizin səslənməsi ilə başladı. Tədbirdə Dövlətimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlərimizin ifasında  adət - ənənələrimiz, Novruz bayramı atributları ilə bağlı hazırladıqları folklor nümunələri nümayiş olundu. Tədbiri ərsəyə gətirən IV "B", III "A" , III "D", II"K", I "F" sinif müəllimləri və şagirdlərinə, musiqi müəllimi B.Səltənət və texniki işlərdə dəstəy göstərən S.Orxan müəllimə təşəkkürümüzü bildiririk. Tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Ə.Bədəl müəllim məktəb kollektivini bayram münasibətilə təbrik etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi