"İdman həftəsi" layihəsi
1-7 mart tarixlərində 5 Mart Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Elm və Təhsil Nazirinin müvafiq əmri ilə "İdman həftəsi" layihəsi keçirilir.
Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, yarışlar, maarifləndirici görüşlər keçirilir.
Məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təşviqidir.