Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 8 və 9-cu siniflərdə monitorinq keçirildi.
19 fevral 2024-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişinə müvafiq olaraq Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin 8 və 9-cu siniflərinin Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə biliklərini ölçmək məqsədi ilə monitorinq keçirildi. Monitorinq sualları şagirdlərə 2 variantda təqdim edildi. Monitorinq 2,5 saat (150 dəqiqə) davam etdi.
Aparılan monitorinqin məqsədi 8 və 9-cu sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və həmin istiqamətə uyğun olaraq şagirdlərə köməklik göstərilməsinə nail olmaqdır.
Monitorinqin gedişi direktor əvəzi Bağırov Sahib Fərəməz tərəfindən izlənildi.