27sentyabr " Anım günü "

Bu gün məktəbin tədbirlər planına uyğun olaraq " 27 sentyabr Anım günü " ilə bağlı ümumməktəb tədbiri keçirildi. Tədbir dövlət himninin səslənməsi ilə başladı. Vətənimizin suverenliyi ərazi, bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktor əvəzi Qurbanov İsmət müəllim, tarix müəllimi H. Asif 27 sentyabr anım gününün mahiyyəti, I və II Qarabağ müharibəsinin başlanma səbəbindən və nəticəsindən danışdılar. Tədbirdə məktəbimizin şagirdləri şeirlər, mahnılar səsləndirdilər . Şagirdlər " Xudayar təsnifinin " sədaları altında sinif otaqlarına daxil oldular. Allah şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi