Heydər Əliyev-100

Heydər Əliyev-100

 Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə əlaqədar olaraq Fəxri xiyabandakı məzarları məktəb rəhbərliyi, müəllim kollektivi tərəfindən ziyarət olundu. Məktəb kollektivi Ümummilli Liderin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əydilər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq məzarı üzərinə tər çiçəklər düzüldü. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi