“Heydər Əliyev ili” – şeir müsabiqəsi
“Heydər Əliyev ili” – şeir müsabiqəsi
Aprelin 25-də məktəb rəhbərliyi,Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə məktəbin II sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Şeir müsabiqəsinin keçiriməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.
Müsabiqənin sonunda çıxış edən məktəbin direktoru Həqiqət Bayramova iştirakçılara təşəkkür edərək uğurlar arzuladı.