“Susma, səsini eşitdir!” adlı layihə

20.04.2023-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 307 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində Zabrat qəsəbəsində yerləşən 71, 75, 81, 192 və 307 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

 

Tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərlərinə baxış ilə başlandı. Daha sonra məktəblilər məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları, qohumlar arasındakı nikah və onların fəsadları mövzuları ətrafında hazırladıqları səhnəcikləri nümayiş etdirdilər, şeir və mahnılar səsləndirdilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi