Aprel döyüşləri 05.04.2023-cü il tarixində 75-nli məktəbin akt zalında dəyirmi masa təşkil olunur
Aprel döyüşləri
05.04.2023-cü il tarixində 75-nli məktəbin akt zalında dəyirmi masa təşkil olunur.
Dəyirmi masanın təşkilatçısı: Tarix müəlliməsi Abdullayeva Eldanə
Dəyirmi masanın iştirakçı: Sinifdənxaric -məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı: B.Əmənov
Kitabxanaçı: N.Hüseynova
A.Abbaszadə
Məktəbin 8b və 8c sinif şagirdləri
Dəyirmi masanı keçirməkdə məqsədimiz Aprel döyüşlərindən danışmaq ,aprel döyüşlərində həlak olmuş şəhidlərmizi yad etmək,şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyə etməkdir.
Aprel döyüşləri 1994-cü ildə cəbhədə atəşkəs elan olunandan sonra baş vermiş ən şiddətli döyüşlər idi.2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni işğalçıları atəşkəs rejimini pozdu. Azərbaycanın cəbhəboyu mövqeləri ,yaşayış məntəqələri güclü artilleriya atəşinə məruz qalır.Aprelin 5-nə qədər davam edən döyüşlər tarixə “Aprel hadisələri “ və ya “Dördgünlük müharibə” kimi düşdü.
Videoçarx- zəfərə gedən yol
Azərbaycan silahlı qüvvələri erməni təxribatının qarşısın almaq üçün ,mülki əhalinin və yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində tədbirlər görməyə məcbur oldu.Bu döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə başa çatdı.
Videoçarx---44 gündən əvvəlki 4 günlük aprel döyüşləri
Hərbi əməliyyatların nəticəsində Tərtər rayonunun Talış kəndi,Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edildi.Həmçinin Cəbrayıl rayonun Cocuq Mərcanlı,Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Suqovuşan kəndləri istiqamətində də bəzi stateji mövqelər daxil olmaqla iki min hektardan çox ərazi azad edildi.,erməni cinayətkarlarının keçilməz “müdafiə səddi” haqqında mifi alt-üst edildi.
Videoçarx— Aprel döyüşləri Böyük qələbənin addım səsidir.
Aprelin 3-dən etibarən Azərbaycan Silahlı qüvvələri təmas xəttində birtərəfli qaydada düşmənə qarşı cavab tədbirlərini dayandırdığını elan etdi.Erməni tərəfi itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə aprelin 4də yenidən hücum etdi.Amma onların planları baş tutmadı,hazırlıqlı bölmələrimiz tərəfindən erməni qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi.
Videoşarx—Düşmənin top atəşinə tutulması
Aprel döyüşləri zamanı ən yadda qalan hadisə
Videoçarx- avtobusun vurulması
Aprel döyüşlərində erməni silahlı qüvvələri böyük itkilərə məruz qaldı.320-dən artıq düşmən əsgəri məhv edilir,500-dən çoxu yaralandı.Qarşı tərəfin 30-dək tankı ,25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı.
Videoçarx---- azərbaycan döyüşçülərinin erməni qərargahını vurdğu o an
Aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan-Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəislərinin görüşləri təşkil edildi.İmzalanmış razılaşmaya əsasən təmas xəttində əməliyyatlar dayandırıldı.
Videoçarx- aprel döyüşləri və nəticəsi
Aprel döyüşlərinin şəhidləri haqqında 8b və 8c sinfinin şagirdləri məlumat verirlər
Aprel döyüşləri nəticəsində 93 hərbçi şəhid olmuşdur.
Şükür Həmidov İnqilab Quliyev
Raquf orucov Vüqar Yusifov
Samit İmanov Müşfiq Orucov
Əlizaman İslamov- məktəbimizin məzunu,aprel döyüşlərində şəhid olmuşdur
Murad Mirzəyev
Pəncəli Teymurov
Videoçarx-Unutmaq olarmı sizi şəhidlər
Aprel döyüşləri bir daha ordumuzun gücünü ,xalqımızın həmrəyliyini nümayiş etdirdi.
Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir.